Elmir Əliyev gedir, "Kəpəz" qalır

28.12.2011 | 5122 dəfə oxunub

“Kəpəz” Premyer Liqamızın cari mövsümündə çıxışını davam etdirəcək. Stadium.az xəbər verir ki, Gəncə təmsilçisinin yubiley – XX çempionatı yarımçıq tərk edəcəyinə imkan verilməyəcək. 

Bu gün “Kəpəz”in fəaliyyətini dayandırması barədə xəbərlər yayılsa da, əslində, bunu komandanın hazırkı prezidenti Elmir Əliyev istəyib. Amma Gəncə Regional Futbol Federasiyasının rəhbəri, Milli Məclisin üzvü Xanlar Fətiyevin məsələyə müdaxiləsindən sonra komandanın dağılmasının qarşısı alınır. Komanda ətrafında son vaxtlar yayılan xoşagəlməz hadisələrə isə Əliyevin qeyri-peşəkarlığı göstərilir. 

Bu səbəbdən Elmir Əliyev postundan istefaya göndəriləcək. Yeni prezidentin adına yaxın günlərdə keçiriləcək seçkilərdən sonra aydınlıq gələcək. 

Məsələ ilə bağlı əməkdaşımız Xanlar Fətiyevlə əlaqə saxlayıb. Amma deputat hələlik açıqlama vermək fikrində olmadığını söyləyib. 

Qeyd edək ki, “Kəpəz” Premyer Liqamızın qış fasiləsinə 10-cu yerdə çıxıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail