Emil Mpenza Belçikada özünə yeni komanda tapdı

28.12.2011 | 4986 dəfə oxunub

“Neftçi”nin transferə çıxardığı Emil Mpenza özünə yeni komanda tapıb. Stadium.az xəbər verir ki, Azərbaycan çempionatları tarixinin ən məşhur futbolçusu vətəni Belçikada çıxış edəcək. 

Belçika yığmasının sabiq hücumçusu 1997-99 və 2003-04-cü illərdə şərəfini qoruduğu “Standard”ın formasını yenidən geyinəcək. Bunu Mpenzanın özü, həm də maraqlı şəkildə açıqlayıb.

Belə ki, Lyejin gecə klublarından birinə baş çəkən Emil hamını şampana qonaq edərək, “Yenidən “Standard”a qayıdışımı sizlərlə qeyd edirəm” deyib.

Lakin klubun rəsmi saytında keçidlə bağlı hər hansı məlumat olmadığından, Belçika mətbuatının özü də Emilə inanmır.

Qeyd edək ki, 2010-cu ilin yayından “Neftçi”yə keçən Mpenza Böyükağa Hacıyevin baş məşqçi təyin olunması ilə əsas heyətdəki yerini itirib, bir müddət əvvəl isə transferə çıxarılıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail