Rauf Əliyev Valensiyada səfərdə olub

27.12.2011 | 5086 dəfə oxunub

AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev İspaniyanın Valensiya şəhərində səfərdə olub. Stadium.az xəbər verir ki, səfər çərçivəsində Əliyev Valensiya Regional Futbol Federasiyasının baş katibi Emilio Zamora ilə görüşüb, uşaq futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, futbol məktəblərinin iş prinsipi ilə tanış olub. Daha sonra Rauf Əliyev «Valensiya» klubunun bazasında olub, klubun icraçı-direktoru Xordi Bruxola Ruis və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Visente Sarion ilə görüşüb. Aparılan müzakirələrdə «Valensiya» klubunun müxtəlif yaş qruplarından ibarət komandaları (o cümlədən qızlardan ibarət komandalar) ilə müvafiq yaş qrupuna daxil olan Azərbaycan komandaları arasında yoldaşlıq oyunlarının təşkil olunması barədə ilkin razılıq əldə olunub. Görüş zamanı həmçinin «Valensiya» ilə ölkəmizdəki klublardan birinin «Qardaşlaşmış klublar» olması barədə fikirlər səsləndirilib və müsbət qarşılanıb.
2012-ci ilin avqust ayında «Valensiya» klubunun nümayəndələrinin Azərbaycana səfər etməsi planlaşdırılır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail