Qriqorçuk futbolçulara toplanışa ailələrini gətirmələri üçün icazə verib

13.02.2018 | 3309 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın futbolçularına təlim-məşq toplanışlarına ailələri ilə birgə qatılmaları üçün icazə verib.

Bu barədə "Futbol 1"ə ukraynalı mütəxəssisin özü açıqlama verib.

O bildirib ki, toplanış oyuna hazırlıq yox, məşq prosesidir. Bu səbəbdən, ailələri oyunçulara mane yox, kömək edirlər: "Futbolçuların oyunlardan əvvəl bazada olmaları başqa məsələdir. Bu halda onların matça köklənmələri lazımdır. Bu zaman onların diqqətini heç nə yayındırmamalıdır. Məşq prosesində isə futbolçular evdə birgə yaşadıqları ailələrini nəyə görə toplanışa gətirməsinlər?!".

52 yaşlı mütəxəssisin fikrincə, ailələri futbolçulara özlərini təlimlər zamanı daha yaxşı hiss etməkdə yardımçı ola bilərlər.

"Qəbələ"nin futbolçusu Vitali Vernidub isə bildirib ki, oğlu ilə birgə keçirdiyi vaxt bərpa olunmağa istənilən prosedurdan daha yaxşı kömək edir: “Təlim-məşq toplanışına ailələrimizlə birgə gəlməyə icazə verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Oğlumla oynamaq bərpa olunmağım üçün istənilən masajdan və hovuzdan daha çox faydalı olur”.

Hazırda "Qəbələ" Azərbaycan Premyer Liqasında ikinci pillədə qərarlaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail