Lomaya: "Hərdən topun vurulan küncü tapıram, hərdən də ki, intuisiyam mənə kömək edir"

25.12.2011 | 5631 dəfə oxunub

“İnter” komandasının qapıçısı Georgi Lomayanın müsahibəsi.

- “Simurq” komandası ilə oyun komandanız üçün necə keçdi?

- Oyun komandamız üçün yaxşı keçdi. Hər iki hissədə ərazi üstünlüyü bizim tərəfimizdə idi və rəqib komandanın qapısı qarşısında bir çox qol vəziyyətləri yaratdıq.

- Çempionatın 3-cü turundan sonra “İnter” məğlub olmayıb...

- Bu məğlubiyyətsizlik seriyasında klub rəhbərliyi, məşqçilər korpusu, texniki işçilər, futbolçular və azarkeşlərin əməyi danılmazdır. Biz hamımız bir ailəyik və hər kəs komandanın uğuru üçün əlindən gələni əsirgəməməlidir.

- Çempionatda ən az qol vuran məhz “İnter”dir. Bunun nə ilə əlaqələndirərdiniz?

- Əsas vurulan qolların sayı yox, komandanın uğurlu nəticələridir.

- “İnter”in qapısına təyin olunan 4 penaltidən 3-nü dəf etmisiniz. Bunun sirri nədədir?

- Düzünü desəm heç özüm də bilmirəm. Hərdən topun vurulan küncü tapıram, hərdən də ki, intuisiyam mənə kömək edir.

- Komandanızın azarkeşləri tribunada yox idilər. Onların yoxluğu hiss olunurdu?

- Əlbəttə ki, öz azarkeşlərimiz qarşısında oynamaq bizim üçün daha xoşdur. Yeri gəlmişkən qarşıda Yeni il bayramı gəlir və mən sizin vasitəniz ilə azarkeşlərimizə uzun ömür, can sağlığı və yeni ildə uğurlar arzulayıram.

interfan.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail