4 idmançımız dopinqdə "ilişdi"

09.02.2018 | 3822 dəfə oxunub

Azərbaycanın daha 4 idmançısında dopinq aşkarlanıb. Stadium.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Milli Antidopinq Federasiyasının rəsmi saytında yerləşdirilib.

Belə ki, güləşçi Ruhin Mikayılov qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadəyə cəhd etdiyinə görə 18 aylıq diskvalifikasiya olunub. O, furosemiddən istifadədə günahlandırılır. İdmançımızın cəza müddəti ötən ilin iyulundan hesablanmağa başlayıb və 2019-cu il yanvarın 5-də bitəcək. 

Digər 3 idmançı isə bodibildinqçidi. Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov 48 aylıq cəzalandırılıb. Rzayevdən götürülmüş analizdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. O, stanozolol metaboliti, boldenon, boldenon metaboliti, dehydroxlorometiltestosteron, 1-androstenedion, 1-testosteron və 19-norandrosteron preparatlarının qəbulunda günahlandırılır. Adilin cəzası 2021-ci il avqustun 4-də yekunlaşacaq.

Əhmədovla Cəlilovdan da götürülən analizlərdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. Fövqinin dopinq-testində klenbuterol və tamoksifen metaboliti tapıldığı halda, Kənanda dehidroxlorometiltestosteron metaboliti, metenolon metaboliti və metenolon maddələri özünü büruzə verib. 

Bodibildinqçilərimizdən Rzayevlə Əhmədov 4 avqust 2017-ci ildən 4 avqust 2021-ci ilədək, Cəlilov isə 4 oktyabr 2017-ci ildən 4 oktyabr 2021-ci ilədək yarışlardan kənarlaşdırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail