Almaniya Bundesliqasında ən çox qol vuran azərbaycanlıdı

05.02.2018 | 4689 dəfə oxunub

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun Almaniyada uğurlu çıxışı yerli mətbuatın diqqətindən yayınmayıb.

Stadium.Az xəbər verir ki, həmkarlarımız 26 yaşlı forvardın cari mövsümdə Almaniya Bundesliqalarının ən məhsuldar oyunçusu olduğunu vurğulayıblar.               

Berlin "Dinamo"sunun forvardı buna IV Bundesliqanın geridə qalan turlarında vurduğu 20 qolla nail olub. Maraqlıdı ki, 18 görüşdə rəqib qapıçılarını 20 dəfə məyus edən Dadaşovdan sonra siyahıda ikinci yeri elitanın hələlik ən məhsuldar oyunçusu Robert Levandovski tutur. "Bavariya"nın polşalı forvardı Bundesliqada meydana çıxdığı 19 matçda 18 dəfə fərqlənib.

II Bundesliqada Maykl İshak ("Nürnberq") 12 qolla, III Bundesliqada isə Stefan Hain ("Unterhahinq") 14 qolla bombardirlər yarışına başçılıq edir. 

Almanlar Bakıda anadan olan və 6 yaşında valideynləri ilə birlikdə həmin ölkəyə köçən Rüfətin tezliklə daha yüksək çempionatlarda çıxış edəcəyini düşünürlər: "Berti Fotqsun dönəmində Azərbaycan millisinə çağırılan Dadaşov beynəlxalq arenada keçirdiyi 16 görüşdə 4 qola imza atıb. Foqtsun gedişindən bəri yığmasına çağırılmayan hücumçu IV Bundesliqanın son 4 turunda 8 qol vurub ki, bu da onun qolçuluq bacarığını ortaya qoyur. Komandası "Dinamo" hazırda 2-ci pillədə qərarlaşsa da, lider "Energi"yə çatması inandırıcı deyil. Ancaq Dadaşov belə çıxışını davam etdirsə, tezliklə daha güclü çempionatlardan birinə yollanacaq".

Rüfət Dadaşov "Dinamo"ya ötən il "Moyzelvits"dən keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail