Roman Qriqorçuk: "Belə olması yaxşıdır"

03.02.2018 | 4547 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Antalyada təlim-məşq toplanışı çərçivəsində “Şkendiya”ya 0:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sora qarşılaşma barədə danışıb: 

“Türkiyədə hazırlıq keçdiyimiz bir ay müddətində yeganə haldır ki, hər şey istədiyim kimi olmadı. Komandanın oyuna münasibətindən narazı qaldım. Hətta buna təəccübləndim. Digər tərəfdən isə belə olması yaxşıdır. Çünki biz gördük ki, futbola kifayət qədər düzgün yanaşmayanda, tam qüvvə ilə oynamayanda necə oluruq. Həmişə, elə bu gün də futbolçulara demişəm ki, belə hallar yaşanmamalıdır.

Rəqibin aqressiv oynamasından gileylənə bilmərik. Çalışır, mübarizə aparırdılar. Bəlkə də hansısa epizodlarda bizə kobud, çox sərt görünürdülər. Amma oyunçuları istəkdə, çalışqanlıqda qınamaq olmaz. Bu komanda futbola münasibətin əsl nümunəsidir. Toplanışın belə başa çatmasının necə təsir edəcəyini söyləmək çətindir. Amma mənə elə gəlir ki, bu matç bizim xeyrimizə olacaq.

Gözəl toplanış keçirdik. Ümid edirəm ki, bugünkü matç istisna, anlaşılmazlıqdır və biz bundan fayda götürəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail