"Qarabağ" Ndlovunun həmyerlisini alır?

15.01.2018 | 8500 dəfə oxunub

"Qarabağ" Dino Ndlovunu Çinin "Guangzhou Greentown" klubuna satandan sonra hücumçu axtarışlarını davam etdirir.

Stadium.Az xəbər verir ki, Azərbaycan çempionu hazırda Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sundowns" komandasında çıxış edən Xama Billiatla maraqlanır.

Zimbabve millisinin forvardı klubunun ona təklif etdiyi yeni müqaviləni imzalamaq istəməyib. Nəticədə 28 yaşlı hücumçu baş məşqçi Pitso Mosimanenin qəzəbinə tuş gəlib. Mosimane bu yaxınlarda onu əsas komandadan kənarlaşdırıb. Avropanın digər klublarının da maraqlandığı Billiant CAR liqasını tərk etməkdə israrlıdır. "Qarabağ"ın təcrübəli hücumçuya ayda 500 000 Zimbabve dolları (təqribən 90 000 manat) təklif etdiyi bildirilir.

Billiatın satış qiyməti 2,5 milyon ABŞ dollarına bərabərdir. Hazırda Azərbaycan təmsilçisi bu məbləği aşağı salmaq üçün danışıqlar aparır. "Kamaldinyo" ləqəbli Xama Billiat əvvəllər Zimbabvenin "CAPS United", CAR-ın "Ajax Capetown" komandalarında da çıxış edib. O, 2013-cü ildən formasını geyindiyi "Mamelodi Sundowns" klubunda 63 oyuna 23, 2011-ci ildən dəvət aldığı Zimbabve millisində isə 26 matçda 7 qol vurub. Billiat hazırkı klubu ilə 2 dəfə (2013-2014 və 2015-2016) CAR çempionu, eləcə də Afrika Çempionlar Liqasının (2016) və Afrika Super Kubokunun (2017) qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail