"Xəzər Lənkəran" üçün ən asan rəqib "Bakı"dır

23.12.2011 | 5272 dəfə oxunub

"Unibank Premyer Liqasının XVIII turunda “Xəzər Lənkəran”ın qonağı olan “Bakı” statiskaya nəzər saldıqda komandamız üçün ən asan rəqiblərdən birinə çevrilir. Stadium.az xəbər verir ki, paytaxt təmsilçisi növbəti dəfə böyük hesabla məğlub olduğu Lənkəran klubu ilə oyundan tarixdə üçüncü dəfədir ki, eyni hesabla ayrılır. Rəqibini 3:0 hesabı ilə üstələyən “Xəzər Lənkəran” 2009-cu il aprelin 4-də və elə həmin il noyabrın 26-da da rəqibindən bir baş üstün oynayaraq 3:0 hesabına sevinmişdi".
Bu sözlər "Xəzər Lənkəran" klubunun rəsmi saytına dərc olunmuş statistik yazıda bildirilib.

Yazıda qeyd olunur ki, “Bakı” "Xəzər Lənkəran"ın futbolçuları üçün ən asan rəqiblər siyahısına daxil edilə bilər: "Düzdür, daxili arenada sayca 45-ci böyük hesablı qələbəsini qazanan “Xəzər Lənkəran”ın ən böyük “qurban”ı 6 dəfə darmadağın olunan “Gənclərbirliyi”dir. Lakin artıq bu komanda mövcud deyil. Eyni zamanda bakılılarla eyni qədər – üç dəfə böyük hesabla üstələnən digər rəqiblər də var. Onların da çoxu artıq aşağı dəstədə mübarizə aparır.
 
Ümumilikdə Azərbaycan çempionatları və kuboku yarışlarında 45-ci böyük hesablı qələbəsini qazanan “Xəzər Lənkəran” 24 müxtəlif komandaya gücünü göstərib. Bunlar aşağıdakılardır.
 
“Gənclərbirliyi” – 6
“Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” - 3
AZAL, “Qarabağ”, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” - 2
ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard” – 1
 
“Bakı” ilə qarşılaşma həm də ardıcıl ikinci böyükhesablı qələbə oldu. Bundan əvvəl Premyer Liqanın XVII turunda “Kəpəz”i 4:1 hesabı ilə məğlub edən komandamız çempionatda iki qələbəni sıralamaqla 21 aydan sonra belə bir nəticə əldə etdi. Məsələ ondadır ki, futbolçularımız sonuncu dəfə 2009/10 mövsümündə ardıcıl iki rəqibi 3 və ya daha çox top fərqilə keçmişdi. Həmin vaxt 2010-cu il fevralın 21-də “Karvan”, martın 12-də isə “Qəbələ” məğlub edilmişdi: müvafiq olaraq 3:0 və 4:1.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”ın çempionatda ardıcıl böyükhesablı qələbələr rekordu 2004/05 mövsümündə qeydə alınıb. Həmin vaxt komandamız “Şəmkir”i 4, “Gənclərbirliyi”ni 5, “Göyəzən”i 3 cavabsız qolla məyus etmişdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail