Mahir Mədətov: "Ortada üzr istəməli bir şey yoxdur” VİDEO

04.01.2018 | 9354 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Mahir Mədətov "Qəbələ"nin onunla bağlı bəyanatına münasibət bildirib. Stadium.Az xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında Mahir həmin əhvalatı “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukdan icazə alındıqdan sonra danışdığını deyib:

“Orada kimisə parodiya etməyimi istədilər. Ağlıma Roman Qriqorçuk gəldi. Lakin dedim ki, onun kimi məşqçini parodiya etməyim yanlış anlaşıla, ayıb sayıla bilər. Həmin anda Roman Qriqorçuk kameranın arxasına gəldi.

Verilişin aparıcılarına dedim ki, ondan icazə alın danışım. İcazə aldılar və o da normal qarşıladı. Hətta parodiyaya bir xeyli güldü. Onunla münasibətlərim də çox yaxşıdır. Hər kəslə əl verib görüşdüyü zaman mənimlə qucaqlaşıb salamlaşır.

Dostlarımla da oturanda Qriqorçukun necə böyük məşqçi olduğundan danışırıq. Ona böyük hörmətim var. Taktikası, futbolu doğrudan da təqdirəlayiqdir. Videoya gəlincə, orda kimisə təhqir etməmişəm. Sadəcə icazəli olub. Üzr  istəməyimi gözlədiklərini yazıblar. Üzr istəmək böyüklükdür və mən burda problem görmürəm. Sadəcə maraqlıdır ki, ortada üzr istəməli bir şey yoxdur”.

Mədətov yeni illə bağlı verilişdə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuku parodiya edib. Bu isə sözügedən klub tərəfindən narazılıqla qarşılanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail