Yakub Jezniçak: “Qarabağ”a keçid ən yaxşı qərar idi"

27.12.2017 | 7798 dəfə oxunub

“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak vətənində yerli mətbuata müsahibə verib. Stadium.Az xəbər verir ki, müdafiəçi Ağdam klubu ilə müqaviləsinin başa çatacağı 2019-cu ildən sonra da geri dönmək niyyətində deyil.

Polşa çempionatını cəhənnəmə bənzədən Yakub Azərbaycanda rahatlıq tapdığını vurğulayıb: “Əgər həyat məni məcbur etməsə, ölkə xaricində oynamağa üstünlük verəcəm. Şübhəsiz ki, xaricdə çıxış etmək bizim cəhənnəmdən yaxşıdı. Mən burada istirahət edirəm. İnsanlar bizə daha çox hörmət edirlər. Hətta sosial şəbəkələrdə azarkeşlərlə sıx ünsiyyətimə görə mənə mükafat kimi hədiyyə də təqdim olundu. Polşada isə yalnız məşq etməli və internetdən uzaq durmalı olduğumuzu eşidirdim.

“Qarabağ”a keçid ən yaxşı qərar idi. İnsan bir yerdə həddən artıq çox qalanda monoton olur. Mənə yenidən problemlər lazım deyil ki, onların üzərində baş sındırım. Burada daha rahat şəkildə oymayıram. Ən önəmlisi odu ki, atdığım addımın sonu müsbət nəticə verdi və Çempionlar Liqasında çıxış etdim. Karyeram təəccüblü hadisələrlə zəngindi. Bu üzdən də məni heç nə təəccübləndirə bilməz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail