Keyn 2017-ci ilin ən çox qol vuran futbolçusu oldu

26.12.2017 | 6118 dəfə oxunub

“Tottenhem”in hücumçusu Harri Keyn 2017-ci ilin ən məhsuldar futbolçusu adına yiyələnib. Stadium.Az xəbər verir ki, o, buna İngiltərə çempionatının XX turunda “Sauthempton”la qarşılaşmada nail olub.

İlk hissədə dubl edən 24 yaşlı forvard bununla cari ildəki qollarının sayını 55-ə çatdırıb. Nəticədə aktivində 54 qol olan Lionel Messini qabaqlayaraq, ilin bombardiri olub. Keyn bu göstəriciyə 52 oyunda iştirak etməklə imza atıb.

İlk “üçlüy”ə isə 3 futbolçu şərikdi. Bunlar Robert Levandovski (55 oyun, 53 qol), Kriştianu Ronaldo (59 oyun, 53 qol) və Edinson Kavanidi (62 oyun, 53 qol).

Keyn eyni zamanda Premyer Liqada 1 ildə ən çox qol vuran futbolçu adına sahib çıxıb. O, hazırda davam edən görüşdə dubl edərək, qol sayını 38-ə çatdırıb və Alan Şirerə məxsus, 1995-ci ilin rekordunu (36 qol) təzələyib.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail