"Milan" Montellanı geri qaytarır

25.12.2017 | 4235 dəfə oxunub

İtaliyanın “Milan” klubu sabiq baş məşqçisi Vinçentso Montellanı yenidən komandaya qaytara bilər. Stadium.Az xəbər verir ki, belə bir iddianı “Football Italia” nəşri yayıb.

“Milan” 43 yaşlı italiyalı mütəxəssisi uğursuz nəticələr səbəbindən noyabrın 27-də istefaya göndərmişdi. Əvəzində 39 yaşlı Cennaro Qattuzonu baş məşqçi postuna gətirən klub rəhbərliyi bu qərarına daha da peşman olub.

Çünki Milan təmsilçisində Qattuzonun gəlişindən bəri vəziyyət daha da pisləşib. Komanda yeni baş məşqçi ilə 4 oyuna cəmi 4 xal qazanıb.

“Milan”ın Montellanı geri qaytarmasına son nəticələrin uğursuz olmasıyla yanaşı, daha bir səbəb var. Məsələ burasındadı ki, rəhbərlik Vinçentso ilə müqaviləyə hələ də xitam verməyib. Bu üzdən də onun yenidən baş məşqçi postuna gətiriləcəyi qeyd olunur.

Komanda hazırda A Seriyasında 24 xalla 11-ci pillədə qərarlaşıb və lider “Napoli”dən 21 xal geri qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail