"Qarabağ" Dinonu satmğa razılıq verib

21.12.2017 | 24684 dəfə oxunub

“Qarabağ” hücumçusu Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” klubuna keçidinə razılıq verib. Stadium.Az xəbər verir ki, bu haqda Cənubi Afrikanın soccerladuma.co.za saytı məlumat yayıb.

İddia edilib ki, qış transfer pəncərəsi açılandan sonra Ağdam klubu Ndlovunu 750 min avro təzminat almaqla həmin kluba satacaq. Çin klubunun Cənubi Afrika millisinin hücumçusu ilə 2 illik müqavilə bağlayacağı bildirilib.

“Qarabağ”ın Ndlovunun transferinə razılıq verməsinə əsas səbəb kimi, bu futbolçu ilə gələn ilin yayında müqaviləsinin başa çatacağı göstərilib. Ona görə də klubun Ndlovunu 6 ay əvvəldən satmaqla maddi gəlir götürmək istədiyi yazılıb.

Daha öncə Çin klubunun Ndlovuya görə “Qarabağ”a 1 milyon avro ödəyəcəyi bildirilirdi. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Xançjou Qrintaun”dan təklif aldıqlarını təsdiqləsə də, bununla bağlı dəvəti “gülməli təklif” adlandırmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail