PSJ-nin oyununda iştirak edən "nindza tısbağalar" cəzalandırılacaq

20.12.2017 | 4037 dəfə oxunub

Fransa Liqasının 18-ci turunda baş tutan "Rennes" - PSJ (1:4) oyununda məşhur cizgi filmi komiksi nindza tısbağa kostyumunda meydana qaçan 3 azarkeşi cəzalar gözləyir.

Stadium.Az xəbər verir ki, Edinson Kavaninin 75-ci dəqiqədə qol vurmasından sonra stadiona qaçan bu şəxsləri təhlükəsizlik əməkdaşları meydandan çıxarmışdı.

"PSJ futbolçularının Mbappe üçün Donatellonu köməyə çağırdığını eşidəndə nindza tısbağaları təqlid etmək qərarına gəldik. Stadion işçilərini asanlıqla keçdik. Bununla futbolçuları güldürmək istəyirdik. Mən qışqırdım: "Donatello, Donatello!".

Dani Alveş gülümsədi və kürəyindən silah çıxarmağı imitasiya etdi. Bundan sonra Mbappeyə yaxınlaşdım. Biz riski dərk edirdik. Ümid edirik ki, böyük cərimə kəsilməz. Bizim məvacibimiz çox deyil" - azarkeşlərdən biri deyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail