Ramiz Məmmədov: "...səhv etməklərinə bəraət qazandırmaq olur"

03.12.2017 | 5154 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində “Qəbələ”yə səfərdə 0:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Məlum səbəblərə görə oyunu iki hissəyə bölmüşdük. Uşaqlara tapşırıqları lazımi qədər çatdırmışdıq. Komandanın tərkibində futbolçuların sayı kasad idi. Bunu təkrarlamağa ehtiyac yoxdu. Təcrübəsiz futbolçuların kiçik səhvlərindən oyunu uduzduq. Ümumilikdə, komanda verilən tapşırıqları yerinə yetirdi. İkinci hissədə oyunu əks-hücumların üzərində qurmuşduq. Matçdan ümumilikdə razı qalsam da, hesabdan narazıyam.

- Bugünkü məğlubiyyətə görə şübhələndiyiniz futbolçu varmı?

- Xeyr. Uşaqlar çox yaxşı futbol oynadılar. Nəyi bacarırlarsa, onu da göstərdilər. Meydanda savaş var idi. Sadəcə, təcrübəsizdilər, gəncdilər. Buna görə də, səhv etməklərinə bəraət qazandırmaq olur.

- Bu komandanı qış fasiləsində yenidən qurmaq lazımdı?

- 3-4 nəfərlə nəsə dəyişiklik etmək olmaz. Qış fasiləsində ən azı 6-7 futbolçu lazımdı. Təcrübəsizlik özünü göstərir. İkinci yarıda rəqiblərin asan qalib gəldiyi komanda olmayacağıq. Həm çempionat, həm də kubokda bacardığımız qədər irəliləməyə çalışacağıq.

- Nizami Hacıyev və Mirhüseyn Seyidovun 6 matçda oyun satması deyilirdi. Lakin Seyidov yalnız “Neftçi” ilə görüşü bilərəkdən zəif keçirdiklərini bildirib...

- Artıq nəsə demək istəmirəm. Lazım olan açıqlamalar verilib. UEFA-nın səlahiyyətli nümayəndələri məsələyə baxıblar. Bundan sonrakı sualları həmin uşaqlara ünvanlandıra bilərsiz.

- Fuad Bayramovun da adı bu məsələdə hallanırdı...

- Əgər Fuad bu gün yanımızdadısa, zədələnməyənə qədər əvəzləmədimsə, deməli, onunla bağlı problem yoxdu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail