Rəşad Sadıqov: "Yorulmuşuq" - MÜSAHİBƏ

02.12.2017 | 6002 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIV turunda “Neftçi”yə 1:0 hesabı qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı və gərgin oyun oldu. Meydanı 3 xalla tərk etmək istəyirdik. Qələbə qazandığımız üçün sevinirəm. Komandada bir az yorğunluq var. Yorulmuşuq. Bu, ikinci hissədə daha çox hiss olundu. Buna baxmayaraq, qol epizodları yaratdıq. Yaxşı hücumlar qurduq. İkinci hissədə isə "Neftçi” topa nəzarət edirdi. Buna baxmayaraq, rəqibə qol imkanı vermədik.

- "Neftçi”nin yüksəlişdə olduğu deyilsə də, bu gün "Qarabağ”a qarşı heç nə edə bilmədilər…
 
- Bizim fikrimiz öz oyunumuzda idi. Hər şey normal oldu. Meydanda gərgin mübarizə getdi. Biz də bu gün çox istəkliydik. Qələbə qazanmaq üçün çox çalışdıq.
 
- Qarşıda "Roma” ilə matç var. Bu oyun haqda nə düşünürsən? 
 
- Çempionlar Liqasında son oyunumuzdur. Qrupdan çıxmaq ehtimalımız yoxdur. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
 
- Nizami Hacıyevlə Mirhüseyn Seyidovun məsələsi ilə bağlı nə deyə bilərsən?
 
- Biz də xəbərləri internet vasitəsi ilə izləyirik. Nəsə demək çox çətindir. Bu məsələlərin içində deyilik. Hərə bir cür açıqlama verir. İndi nəsə fikir bildirsəm, mənim adıma düzgün olmaz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail