Ramil Quliyev: "Medal sevincimi yenə 2 bayraqla qeyd edəcəyəm"

02.12.2017 | 4740 dəfə oxunub

“Potensialımın böyük olduğunu görürdüm. Bunu reallığa çevirmək üçün çox çalışmalıydım”. Stadium.Az xəbər verir ki, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı dünya çempionu qonşu ölkə mətbuatına geniş müsahibə verib. O yenidən vurğulayıb ki, Azərbaycanda qalsaydı, potensialını aça bilməyəcəkdi:

“Hazırlıq keçmək üçün yerlər lazımdı. Həmin vaxtlar Azərbaycanda bu çox çətin idi. Çünki toplanış üçün yer tapılmırdı. Ölkə xaricinə də göndərmirdilər. Çox ağır bir durum yaranmışdı. Orda düzgün bir şey edə bilməyəcəyimi düşündüm. Fikirləşdim ki, yaxşı bir yerə getmək, uğur üçün ölkəmi dəyişmək gözəl olar. İlk olaraq da, Türkiyə ağlıma gəldi. Çünki bizlə eyni ölkədi. Türkiyə olmasaydı, başqa yığmanı da düşünə bilərdim. Açığı, təkliflər də vardı. Onları istəsəydim, dərhal düzələcəkdi. Amma ilk olaraq, Türkiyə ilə danışıqlara başladım”.

Quliyev etiraf edib ki, Türkiyə vətəndaşlığını aldıqdan sonra ona kəsilən 3 illik cəza çox ağır keçib. O, “ay-ulduzlu” formada növbəti hədəfini də açıqlayıb:

“Dünya çempionatına 3-cü dəfə qatılırdım. Finala vəsiqə qazanırdım, amma mükafat ala bilmirdim. Londonda şansım olduğunu hiss etdim. Bu yolda 10 il idi ki, çalışırdıq və yekunda bəhrəsini gördük. Hazırda ən böyük hədəfim 200 metr məsafədə Avropa rekordu vurmaqdı. Bunun ardından dünya rekordu müəyyənləşdirib, Olimpiya medalına qovuşmaq istəyirəm. Hazırlığımı da bu istiqamətdə qurmuşam”. 

Quliyevin sözlərinə görə, öz sözünü demiş Useyn Boltun karyerasını başa vurması, 200 m məsafəyə qaçışda hansısa boşluq yaratmayıb:

“Bəli, çox güclü atlet idi. Rəqiblərindən 2-3 qat üstünlüyü ilə diqqət çəkirdi. Amma indi bu məsafəyə qaçışda 15 yaxşı atlet var. Ümumi götürsək, eyni gücdəyik. Bunun üçün də yarışlar həyəcanlı keçir. Çünki kimin qalib olacağı əvvəlcədən bilinmir. Hamı çempionluq istəyində olur ki, bu da çox maraqlıdı”.

Həmyerlimiz 2018-ci ildə Avropa çempionatı və Akdeniz Oyunlarına Bələk Turizm Mərkəzində hazırlaşır. O, müsahibəsində Londonda dünya çempionu olduğu zaman Azərbaycandan aldığı təbrikləri də xatırlayıb:

“Azərbaycanlılar da çox sevindilər. Ordan çox təbrik aldım. Uğurumu çox müzakirə etdilər. Açığı, bunu gözləmirdim. Çempionluğumu pis qarşılasaydılar da, fərqi olmayacaqdı. Mən medal sevincimi yenə 2 bayraqla qeyd edəcəyəm. Amma çox gözəl oldu. Məni isti qarşıladılar və buna sevindim”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail