Ozobiçdən ilk het-trik və 20-ci qol

01.12.2017 | 5174 dəfə oxunub

Filip Ozobiç “Qəbələ”nin heyətində 20-ci qolunu vurub.  Stadium.Az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin yubiley topu Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan”la ev oyununa təsadüf edib. Bu matçadək “qırmızı-qara” formada 17 qolu olan Filip 8:0 hesablı qələbəyə het-triklə töhfə verib. 

Onun qarşılaşmadakı son qolu “Qəbələ”də 20-ci sevinci olub. Bununla da Ozobiç klub tarixində 20 və daha çox qol vuran 4 oyunçudan birinə çevrilib. 55-ci oyunda “20”yə çatan yarımmüdafiəçi klub tarixinin bombardirləri siyahısında 3-cü yeri Rövşən Əhmədovla bölüşür. Bu cütlük yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalır.

Filip 20 qolundan 5-nə Azərbaycan kubokunda imza atıb. O, kubokda “Qəbələ” üçün ən çox qol vuran 3 oyunçudan biridir. Yalnız Kənan Kərimovdan (7 qol) geri qalan Ozobiç Vüsal Qarayevlə eyni göstəriciyə malikdir.

Yeri gəlmişkən, Filip Vüsaldan sonra ikinci futbolçudur ki, kubok matçında het-trikə imza atıb. Qarayev 2006-cı il oktyabrın 16-da Quba “Şahdağ”ı ilə 6:0 hesablı qələbə ilə başa çatan ev oyununda 3 topa imza atmışdı. Ümumilikdə isə “Qəbələ”də ilk het-trikinə imza atan xorvatiyalı klub tarixində bunu bacaran 16-cı futbolçu olub. Bu, həm də oyunçularımızın 34-cü het-trikidir.

“Mil-Muğan”la qarşılaşmada 4 futbolçu ilk dəfə “Qəbələ” forması geyinib. Hacıağa Hacıyev, Aqil Məmmədov, Amin Seydiyev və Ülvi İsgəndərovun debütü ilə klub tarixinin rəsmi matçlardakı ümumi futbolçu sayı 227-yə çatıb. Bu qarşılaşmayadək “qırmızı-qara” forma ilə 223 oyunçu meydana çıxmışdı. Bu futbolçulardan 119-u qol sevinci yaşayıb. Debütü qolla qeyd edən Ülvi və Hacıağa bunu bacaran 117 oyunçuya qoşulublar.

“Mil-Muğan”la oyunda start heyətində meydana çıxan Ürfan Abbasov “Qəbələ”də 19-cu kubok matçını keçirib. Müdafiəçi komandamızda ən çox kubok oyunu keçirən futbolçu adına yiyələnib. Hesabında 19 qarşılaşma olan Abbasov 18 oyun keçirən Samir Zərgərovu arxada qoyub.
“Mil-Muğan”la matçda penalti zərbəsi ilə hesabı açan Cavid Hüseynov “qırmızı-qara” formada 10-cu dəfə 11 metrlik zərbəni yerinə yetirib. Bütün zərbələri qolla nəticələnən kapitan bu göstəricidə klub tarixinin rekordçusudur.

Qəbələ şəhər stadionundakı qələbə klubun tarixində 46-cı, Azərbaycan kubokunda 9-cu böyükhesablı qələbə olub. “Qırmızı-qaralar” öz meydanında 29-cu dəfə 3 və ya daha çox top fərqilə qalib gəlib. Kubokdakı belə qələbələrdən 7-si evdə, 2-si səfərdə qeydə alınıb.

“Mil-Muğan”la görüşdə 8:0 hesablı qələbə qazanan komandamız kubok tarixində özünün ən böyükhesablı qələbəsini əldə edib. Bunadək rekord 2015-ci il dekabrında eyni rəqiblə matçda qazanılan 7:0 hesablı qələbə idi.

“Qəbələ” həm də klub tarixinin ən böyükhesablı qələbəsini təkrarlayıb. 3-cü dəfə 8 top fərqi ilə qalib gələn “qırmızı-qaralar” I dəstədə “Şərur”u (2005-ci il sentyabrın 21-də), Premyer Liqada “Neftçi”ni (2016-cı il sentyabrın 10-da) bu hesabla məğlub etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail