"Qarabağ" Filipe Luisi "dəli" edib

28.11.2017 | 5302 dəfə oxunub

İspaniyanın "Atletiko" klubunun futbolçusu Filipe Luis Çempionlar Liqasında "Qarabağ"la keçirdikləri oyunlardan sonra keçirdiyi hisslər barədə "Cadena Ser" radiosuna açıqlama verib.

Stadium.Az xəbər verir ki, 32 yaşlı müdafiəçi Madriddə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmanın ardından gecəni yata bilməyib: "Mən səhər saat 8-də yuxuya getdim və 8:30-da ayıldım".

Təcrübəli oyunçu "Atletiko"nun Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanmasının çox çətin olduğunu bildirib: "Əlbəttə, şansımız var. Amma "Atletiko"nun 16 ən güclü arasında olması çox çətindir".

"Atletiko" "Qarabağ"la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. C qrupunda 5 turdan sonra 10 xalı olan İngiltərənin "Çelsi" qrup lideri kimi Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edib.

İkinci vəsiqə uğrunda 8 xala malik İtaliya "Roma"sı ilə 6 xalı olan "Atletico" mübarizə aparır. Son turda "Roma" "Qarabağ"ı qəbul edəcəksə, "Atletiko" "Çelsi"nin qonağı olacaq. İspaniya təmsilçisi 1/8 finala yüksəlmək üçün İngiltərədə mütləq qalib gəlməli və "Roma"nın xal itkisinə ümid etməlidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail