Messi geri gedir, "Mançester Siti" irəli

27.11.2017 | 4044 dəfə oxunub

“Barselona”nın futbolçusu Lionel Messi özünə aid antirekordu təkrarlayıb. Stadium.Az xəbər verir ki, bu, La Liqanın XIII turunda “Valensiya” ilə oyundan (1:1) sonra reallaşıb.

30 yaşlı hücumçu ardıcıl 6 oyundu qol vura bilmir. “Barselona”nın heyətində son 5 matçda fərqlənə bilməyən Messi Argentina yığmasında keçirdiyi sonuncu görüşdə də adını tabloya yazdıra bilməyib.  Əslində, təcrübəli futbolçu “Valensiya” ilə görüşdə qol vurmağı bacarmışdı. Onun zərbəsindən sonra top qapı xəttini keçsə də, referi təmiz qolu qeydə almamışdı.

Messi sonuncu dəfə belə vəziyyətlə 2010-cu ildə üzləşmişdi. Həmin vaxt da o, ardıcıl 6 qarşılaşmada fərqlənə bilməmişdi.

İngiltərənin “Mançester Siti” klubu isə İngiltərədə yeni rekorda imza atıb. Söhbət “şəhərlilər”in bütün turnirlərdə ardıcıl ən çox səfər qələbəsi əldə edən ingilis klubu adına yiyələnməsindən gedir. Premyer Liqanın XIII turunda səfərdə “Haddersfild”i üstələyən (2:1) “Mançester Siti” bununla ardıcıl 11-ci səfər qələbəsinə sevinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail