Miçel: "Danışa bilmədim, çünki dopinq otağında idim" - MÜSAHİBƏ

26.11.2017 | 4570 dəfə oxunub

“Zirə”yə qalib gələn “Qarabağ”ın yarımmüdafiəçisi Markos Madera – Miçel matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- “Çelsi” ilə oyunda baş verənlərdən sonra bu görüşə köklənmək çətin olmadı?

- Komandada yaxşı atmosfer var. “Çelsi” ilə oyuna gəldikdə, böyük komandaya qarşı oynadıq. Üstəlik oyunun çox hissəsini azlıqda keçirdik və hakimin şübhəli qərarları oldu. “Zirə”yə qarşı yaxşı motivasiya olunmuşduq və lazım olan qələbəni qazandıq.

- “Çelsi” ilə matçdan sonra sizinlə danışa bilmədik. Doğurdanmı, hakimin qərarları düzgün deyildi?

- Danışa bilmədim, çünki dopinq otağında idim. Hakimlərə gəldikdə, bəzən lehinə, bəzən isə əlehinə qərar verirlər. Matçı iki hissəyə bölərdim. 11 nəfərlə oynadığımız oyunla azlıqda keçirdiyimiz dəqiqələr fərqli idi.

- Bəs bugünkü matçla bağlı nə deyə bilərsiniz. Fasiləyə 2:0 öndə yollanmağınız ikinci hissədəki çıxışınıza təsir etdimi?

- İkinci hissəyə də eyni istəklə çıxmışdıq. Sadəcə, küləyin həmin istiqamətə əsməsi oyunumuza təsir etdi. Həm də yorğunluğun olmasını da danmıram. Ardıcıl sıx qrafikdə çıxış edirik. Bərpa üçün kifayət qədər vaxtımız olmurdu. Əksər oyunları isə 10 nəfərlə keçirmişik. Nəticədən razı qaldıq.

- Futbolçular bir-birinə qarşı çox aqressiv idi. Bu aqressiya nədən irəli gəlirdi?

- Bu hər iki komandanın qələbə qazanmaq istəyindən qaynaqlanırdı. Normal ot örtüyü olsaydı, bəlkə də bu cür alınmazdı. Meydan kiçik, süni örtükdə top dayanmır. Ancaq bu cür meydanlarda oynamağa məcburuq.

- Bayaq sıx qrafikdən danışdınız. Bu cür qrafik qarşıdakı həftədə də davam edəcək. Belədə bərpa olunmaq, oyunlara köklənmək çətinlik yaratmayacaq?

- Çempionatın tən yarısının sonuna yaxınlaşırıq. Hazırlaşmaq üçün vaxtımız olacaq. Hansısa problem görmürəm.

- Qış fasiləsi öncəsi çempionata “Neftçi” ilə duellə son qoyacaqsınız. Əzəli rəqibinizi izləyirsinizmi?

- Baş məşqçi dəyişikliyindən sonra yaxşı çıxış edirlər, qələbələr qazanırlar. Amma evdə oynaycağıq və bu amildən istifadə etməliyik. Ümumiyyətlə, qış fasiləsinə qədər keçirəcəyimiz bütün oyunları qələbə ilə başa vurmaq haqda düşünürük.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail