Ramiz Məmmədov: "Səbəbi başqa yerdə axtarmaq lazımdı"

25.11.2017 | 4453 dəfə oxunub

“Bu komandada olan uşaqların yarıdan çoxu potensialından aşağı çıxış edir”. Stadium.Az xəbərr verir ki , bu sözləri “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

Premyer Liqanın XIII turu çərçivəsində “Neftçi”nin qonağı olan paytaxt təmsilçisi 1:3 hesabı ilə uduzub. 

Matçdan sonra mətbuat konfransı keçirən Məmmədov bunları deyib:

- Nizami Hacıyev zədəli olduğunu bilirdik. Amma bu komandanın təcrübəli futbolçuya ehtiyacı var. Özü də yaxınlaşıb dedi ki, “Keşlə”dən gedəsi olsam da, bu komandaya kömək etmək istəyirəm. Sonra yorulduğunu görüb əvəzlədim.

- Futbolçuların potensialından aşağı çıxış etməsinin səbəbini nədə görürsüz?

- Səbəbi başqa yerdə axtarmaq lazımdı. Mən bunu burda açıqlayası olsam, böyük partlayış olacaq. Buna ehtiyac yoxdu.

- Sözlərinizdən belə çıxır ki, komanda bilərəkdən oynamır...

- Elə demirəm. Sadəcə, futbolçular potensiallarından aşağı səviyyədə çıxış edirlər. Onların adlarını açıqlamaq istəmirəm. Ayrı-ayrılıqda hər biri ilə söhbət edəcəm. Bundan artığını oynaya bilərlər. Yaradılan qol vəziyyətlərini gördünüz.

- Skarlatakeni yarımmüdafiədə oynatmaqda məqsədiniz nə idi?

- İkinci toplarda uduzduğumuz üçün ona yarımmüdafiədə şans verdim. Öz işinin öhdəsindən layiqincə gəldi. Ona təşəkkürümü bildirirəm.

- Bəzi futbolçuların potensiallarından aşağı səviyyədə çıxış etməsi ehtiyat heyətin olmaması ilə bağlıdı?

- Kluba tətbiq olunan qadağanı özünüz bilirsiz. Bəziləri indidən qış tətilinə yollanıblar. Bu komandanı dağıdıb, yenidən yığmaq lazımdı.

- Demək istəyirsiz ki, bütün oyunçuları göndərmək lazımdı?

- Bəli. Heyət tamamilə yenidən qurulmalıdı. Köklü dəyişikliklər lazımdı. 3-4 futbolçu ilə vəziyyət düzələsi deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail