"Çelsi" Olimpiya Stadionundan imtina etdi
"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfər oyunu öncəsi son məşqini matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda yox, 8-ci kilometr qəsəbə stadionunda keçirəcək.
Stadium.Az xəbər verir ki, məşq sabah saat 15:00-da başlayacaq. Adətən qonaq komandalar oyunöncəsi son məşqlərini matçın oynanılacağı stadionda keçirirlər.
London təmsilçisinin bu gözlənilməz addımı ilə bağlı “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov Qol.az saytına açıqlama verib. O deyib:
“Bu, böyük ehtimalla baş məşqçinin seçimidir. Antonio Konte hələ İtaliya millisini çalışdırarkən Azərbaycanla matça gələndə də (oktyabr, 2015-ci il - red.) oyunöncəsi məşqi Olimpiya stadionunda yox, “Azərsun Arena”da keçirmişdi. Belə addım atmaqda onun məqsədi bu idi ki, komandanın məşqi qapalı keçsin və heç kim hazırlığa baxa bilməsin. O zaman onlar şərt qoymuşdular ki, kənar heç kim məşqə baxa bilməz. Görünür, bu dəfə isə o, “Çelsi” üçün qapalı ərazini seçib. Hətta bildiyimə görə, futbolçuların motivasiyasını poza biləcək kənar təsirlərin olmaması üçün məşq zamanı stadiona 150 nəfərədək polis əməkdaşı cəlb olunacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |