"Qarabağ"ın uğurundan ruhlanıb Ermənistana qalib gəldik"

08.11.2017 | 4995 dəfə oxunub

"Komandamız yarışa uğursuz başlasa da, şahmatçılarımız Avropa çempionu olmağı qarşılarına məqsəd qoymuşdular".

Stadium.az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında qalib gəlmiş idmançıların qarşılanma mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib.

O bildirib ki, "Qarabağ”ın səfərdə "Atletiko” ilə uğurlu oyunu komandamızda böyük ruh yüksəkliyi yaradıb: "Bu ruh yüksəkliyinin nəticəsidir ki şahmatçılarımız iki gün sonra Ermənistan komandasına qalib gəldilər. Bizim komanda çox güclü idi və inanırdıq ki, qalib gələcəyik".

Sevinc hisslərini bölüşən şahmatçı Şəhriyar Məmmədyarov deyib: 2013-cü ildə olduğu kimi, çempionata yenə uğursuz başladıq. İlk turda xal itkisi oldu. Nəhayət oyunda geri dönüş yarada bildik. Komandamızın üzvləri çox güclüdür və heç vaxt ruhdan düşmür, sonadək mübarizə aparırlar. Komandada iki nəfərin qalib gəlməyi kifayət edirdi ki, hesabda yaxşı nəticə göstərək. Rusiya və Macarıstan yığması əsas rəqiblərimiz idi. Onlara qalib gəlmək çox çətin olsa da, biz istədiyimiz nəticəni əldə etdik. Hədəfimiz Olimpiya çempionu olmaqdır.

Digər şahmatçımız Rauf Məmmədov isə Ermənistan komandası ilə qarşılaşmanın ən gərgin oyun kimi yadda qaldığını vurğulayıb: "Biz onlara qalib gəlməsəydik, özümüzü heç vaxt çempion saymayacaqdıq”. Avropa çempionu bildirib ki, bu qələbə həm də Vüqar Həşimovun qalibiyyətidir. Çünki Vüqar daim qəlbimizdə yaşayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail