Aleksandr Starkov: “Bakıda ən çox bişirdiyim yemək çaydır” - MÜSAHİBƏ

14.12.2011 | 10116 dəfə oxunub

“Bakı” klubunun latviyalı baş məşqçisi Aleksandr Starkovun “Stadium.az” saytına özəlrnmüsahibəsi:

rnrn

- Cənab Starkov, Bakıda necə yaşayırsız, ümumiyyətlə, buradakı həyatınızdan məmnunsuz?
- Mən futbol məşqçisiyəm. Mənim kimi bir çox məşqçilər ancaq oyundan-oyuna yaşayırlar.

rnrn

- O zaman başqa cür soruşum. Buradakı həyat tərziniz necədir?
- İdmanfutbol həyatı. Mən əvvəllər də Azərbaycana dəfələrlə gəlmişəm. Bura yaxşı mənada çox dəyişib. Son 2-3 ildə isə inanılmaz dərəcədə yaxşılığa doğru irəliləyiş var.

rnrn

- Bəs sizi ən çox nə təəccübləndirdi?
- Deməzdim ki, nəyəsə çox təəccübləndim. Mən Latviyada, Rusiyada işləmişəm. Bütün avropanı gəzmişəm və Avropada olan Latviyada yaşayıram.

rnrn

- Nələr xoşunuza gəldi?
- Çox şeylər. Bir məşqçi və insan kimi deyə bilərəm ki, burada xoşuma gəlməyəcək bir şey yoxdur. Bura biznes və futbol aləmində çoxlu mütəxəssislər toplaşıb.

rnrn

 - Latviya və Azərbaycan çempionatlarını necə müqayisə edə bilərsiz?
- Bunu etmək istəmirəm. Etik cəhətdən doğru saymıram. Bu, mənə yaraşmaz. Ancaq onu deyə bilərəm ki, Azərbaycan çempionatı son 2-3 ildə yüksəlişə doğru gedir. Amma Avropada olduğu kimi, Latviyada da iqtisadi problemlər var. Bu da futbola mənfi təsir göstərir. Artıq futbol orada zəifləyir. Ortaq məqam da odur ki, hər iki ölkənin klubları avrokuboklarda çox zəif çıxış edirlər. Amma Latviya millisi hər tsikildə layiqli çıxış etməyə çalışır. Və millidə çoxlu gənclər çıxış edir. Bundan əvvəlki qrup mərhələsində biz 17 xal toplayaraq güclü İsrail millisini geridə qoyduq. Bu dəfə isə Gürcüstan kimi komandanı özümüzdən irəli buraxmadıq. Millidəki gənc futbolçuların çoxu yerli çempionatda çıxış edir. Necə ki, Azərbaycanda da belədir.

rnrn

- Bakıda boş olanda nə edirsiz?
- Teatra gedirəm. Rusdilli tamaşalara gedirəm, çox sevərək baxıram. Həyat yoldaşım Bakıya gələndə, onunla şəhərə gəzməyə çıxırıq. Çox yaxşı vaxt keçiririk Bakıda. O, burada yaşamaq istəyir, amma bir çox işlərim var ki, həyat yoldaşım Latviyada qalıb onları həll etmək məcburiyyətindədir. O, tez-tez gəlir bura.

rnrn

- Burada sizin üçün ev ayrılıb. Evdə tək olanda birdən acdınız. Özünüzə yemək bişirə bilirsiz?
- Əlbəttə, mən bunu bacarıram.

rnrn

- Ən çox hansı yeməyi bişirisiz?
- Çay (ürəkdən gülür).

rnrn

- Çay yemək deyil axı?
- Əlbəttə, bu bir zarafatdır. Mənim ən çox sevdiyim yemək balıqdır.

rnrn

- Bəs bizim yeməklərdən?
- Sizi inandırım ki, mətbəxiniz çox gözəl, ləziz və zəngindir. Buna görə də fərqləndirmək istəməzdim.

rnrn

- Futboldan kənar hobbiniz nədir?
- Ancaq futbol.

rnrn

- Ümumi yaşayış tərzinizi necə xarakterizə edə bilərsiz?
- Həyatım futbolla bağlıdır. Boş olanda ancaq futbola, köhnə videolara baxıram.

rnrn

- Komandanız uduzanda heç təmkininizi pozmursuz. Sanki uduzan sizin komanda deyil. Bu nəylə bağlıdır. Emosiyalarınızı cilovlayırsız, yoxsa bu sizdə heç yoxdur?
- Mən öz işimi görməliyəm. Emosiyalarımı da həmişə özümdə saxlamışam. Nəinki oyun zamanı, hətta oyundan sonra da paltardəyişmə otağında emosiyalarımı gizlədirəm. Bunu həmişə futbolçularıma da məsləhət görürəm. Uduzmasan, udmağın nə olduğunu bilməzsən. Hər kəs futbol etikasına riayət etməlidir.

rnrn

- «Bakı»ya gələndən çizi ən çox üzən oyun hansı olub?
- Biz ilk dövrədə «Neftçi»yə uduzduq. Bu oyun məni çox üzdü. Bununla demək istəmirəm ki, «Neftçi» zəif komandadır. Sadəcə, o oyunda ən azı bir xala layiq idik. Sadəcə şans o oyunda rəqibin yanında oldu. Bir də «Xəzər Lənkəran»la evdə oynadığımız və 2:2 hesabı ilə bitən görüş. Bu oyunda üstünlük bizim tərəfimizdə idi, amma qələbəni əldən verdik.

rnrn

- Ən çox hansı aktyorun filmlərini xoşlayırsız?
- Mən daha çox köhnə sovet filmlərini bəyənirəm. Ən çox isə Andrey Mironovun filmlərini bəyənirəm.

rnrn

Futboldan başqa hansı idman növlərini xoşlayırsız?
- Komanda oyunu olan xokkey və basketbolu sevirəm. Xokkey milisində də oynamağa hazıram. Təbi ki, veteranlar arasında (gülür).

rnrn

- Sizə artıq şablon halını alan bir sual da verim. Messi yoxsa Ronaldo?
- Mənim üçün Xavi. Mən bu ikisindən Xavini seçərdim (yenə gülür). Təbii ki, onların ikisi də mükəmməl futbolçulardı. Amma Messi  Ronaldodan bir qədər üstün oyunçudu. Fubolçu olmaq üçün vücudunun böyük olması lazım deyil. Xavi və Messi bunun bariz nümunəsidir.

rnrn

- Yerli futbolçulardan kimləri komandanızda görmək stəyirsiz?
- Bu barədə artıq klub rəhbərliyinə məlumat vermişəm (gülür). Məncə bu siyahı mətbuatdan gizli qalsa daha yaxşı olar.

rnrn

- Latviya millisində qazandığınız uğurları burada əldə edə bilməməyinizinrnsəbəbi nədir? Havadandır, yoxsa Bakıya gələndə siz dəyişirsiz?
- Buna cavab vermək asan deyil. Latviya millisində qazandığımız uğurlar bir yox, uzun illərin qazancı idi. Mənim əlimdə sehirli çubuğum yoxdur ki, düyməsini basanda hər şey istədiyim kimi olsun. Əlbəttə, uğursuzluqlar da olur, amma səbr və vaxt lazımdı. Ola bilər hava da təsir edir, amma bu, sonuncu bəhanədir.

rnrn

- Verpakovskisdən istədiyinizi ala bilirsiz?
- Verpakovskis hazırkı durumundan daha çox şeylərə qadirdir. Hər bir oyunçu kimi ona da vaxt lazımdı. O nəyə qadir olduğunu burada hər kəsə gösərəcək. Məslən, Çesnauskas. İlk oyunlardan sonra hamı onu tənqid edirdi, amma indi komandanın əsas oyunçularından biridir. Ona da vaxt lazım idi. O, artıq adaptasiya prosesini başa vurdu.

rnrn

- Hansı mövqelərin güclənməsini itsəyirsiz?
- Demək olar ki, hər xəttə bir oyunçu lazımdı. Bunun yerli və ya əcnəbi olmasının fərqi yoxdur. Əsas məsələ gələn futbolçunun komandaya verəcəyi xeyirdir.

rnrn

- «Bakı» klubunda tam azadsız?
- Əlbəttə. Məşqi özüm keçirəm, heyəti özüm qururam, əvəzləmələri özüm edirəm, transfer dönəmində seleksiya işini özüm aparıram. Bir məşqçi üçün bundan artıq azadlıq ola bilməz. Burada heç kim mənim işimə qarışmır. Çünki dar gündə nəticə məndən tələb olunacaq.

rnrn

Düzdü, mənim köməkçilərim var, onlarla məsləhətləşirəm. Elə işlər olur ki, rəhbərliklə də danışıram, amma sonda doğru saydığım öz qərarımı verirəm.

rnrn

Söhbətləşdi: Vüsal BƏBİRLİ 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail