AFFA klublara cəza və cərimələr kəsdi

25.10.2017 | 5849 dəfə oxunub

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda bir neçə klubun cərimələnməsi qərara alınıb. 

- Premyer Liqasının IX turunun “Səbail” – “İnter” matçında “Səbail” klubunun məşqçisi Araz Qulamov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

- Premyer Liqasının IX turunun “Sumqayıt” – “Zirə” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 800 manat cərimə olunur.

- Premyer Liqasının IX turunun “Qəbələ” – “Qarabağ” matçının 86-cı dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur.

- Əvəzedici heyətlərin IX turunun "Kəpəz" – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur. Stadionda tələb olunan bayraqlar olmadığına  görə "Kəpəz" klubu 400 manat cərimə olunur.

- Əvəzedici heyətlərin IX turunun “Qəbələ” – “Qarabağ” matçının 89-cu dəqiqəsində “Qəbələ” klubunun 89 №-li futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

- I Divizionun IV turunun “Xəzər” – MOİK matçında əvəzetmə tablosu və xərək daşıyan uşaqların olmamasına görə “Xəzər” klubu 160 manat cərimə olunur. 

- I Divizionun IV turunun “Şüvəlan” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

- I Divizionun IV turunun “Zaqatala” – “Binə” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.  Oyunun 74-cü dəqiqəsində “Zaqatala” klubunun 3 №-li futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail