Simione: "Bu cür suallara şərh verə bilmərəm"

19.10.2017 | 4188 dəfə oxunub

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”la oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Gözlənilməz nəticə oldu. İlk hissədə yaxşı epizodlar yaratsaq da, qol vura bilmədik. İkinci hissədə üzərimizdəki təzyiq artdı. Nəticədə xal itkisi ilə üzləşdik. Buna baxmayaraq, komandama inanıram. 3 ay qabaq “Atletiko” ilə yeni müqavilə imzaladım. Sözləşməyə qol çəkəndə nə etdiyimi bilirdim. Diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik.

- “Qarabağ”ın heyətində kimi fərqləndirərdiz?

- Bu oyuna hazır idik. Rəqibin heyətində qapıçını vurğulamaq istəyirəm. İlk hissədə Karrasko və Qrizmannın qol epizodunda yaxşı oynadı. Bundan əlavə, rəqib boş zonalardan yaxşı yararlanırdı, müdafiədən hücuma yaxşı çıxırdı.

- Komandanızda sanki nəsə çatışmırdı, futbolçularınız hərəkətsiz görünürdü. Problem nədə idi?

- Bununla razı deyiləm. Komandamızda fiziki çatışmazlıq yoxdu. Sadəcə, yaratdığımız epizodları qola çevirə bilmədik. Bu da ikinci hissədə üzərimizdə daha çox təzyiq yaratdı. Bugünkü matçda son nöqtəni qoymaq çatmadı.

 - Bu gün “Qarabağ” 2 xal itirdi, yoxsa “Atletiko” 1 xal qazandı?

- Bu cür suallara şərh verə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, 3 xala ehtiyacımız var idi. Buna görə də, hücuma daha çox atılırdıq. Rəqib isə bizi əks-hücumda tutmaq istəyirdi. Amma bu, “Qarabağ”da alınmadı.

- Son 4 matçda qələbə qazana bilməmisiz. Buna görə narahatsızmı?

- Xeyr, bu situasiya məni narahat etmir. Oyunumuz pis alınmır. Futbolçular həvəslə vuruşdular, sona qədər mübarizə apardılar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail