"Qodinin onu yıxdığı açıq-aydın görünür"

19.10.2017 | 5429 dəfə oxunub

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” “Atletiko” ilə qarşılaşıb. Stadium.Az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçın ən mübahisəli epizodlarından biri 75-ci dəqiqədə yaşanıb.

Belə ki, “Qarabağ”ın hücumu zamanı madridlilərin müdafiəçisi Dieqo Qodin cərimə meydançasında Dino Ndlovuya qarşı kobud oynasa da, hakim penalti təyin etmək əvəzinə simulyasiyaya görə ağdamlıların hücumçusuna sarı vərəqə göstərib.

Bu, Dinonun ikinci “sarı”sı olduğu üçün hücumçu matçı yarımçıq tərk etməli olub. Hadisəyə İspaniya mətbuatı da biganə qalmayıb. “Marca” nəşrində bununla bağlı xəbər yer alıb.

Nüfuzlu idman portalına açıqlama verən keçmiş ispan hakim Anduxar Oliver epizodun penalti olduğunu deyib: “İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilsə də, təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçıraraq matçın taleyini dəyişdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail