Eddi İsrafilov: "O, əla məşqçidir"

17.10.2017 | 4909 dəfə oxunub

Millimizin və İspaniya “Gimnastik”in futbolçusu Eddi İsrafilov Çempionlar Liqasının (ÇL) qrup mərhələsində III turun “Qarabağ” – “Atletiko” oyununu barədə "Marca"ya açıqlama verib.

Stadium.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Qarabağ” Madrid təmsilçisi ilə görüşdə sürprizə imza ata biləcəyini istisna etməyib: “Futbolda bu cür hallar baş verir. Necə ki, “Alkorkon” bunu “Real Madrid”ə 4:0 hesabı ilə qalib gəlməklə etmişdi". 

İsrafilov görüşün baş tutacağı Bakı Olimpiya Stadionundan da söz açıb: "Bakı dəbdəbəli şəhərdir, hər il yeni binalar tikilir. Son 5-10 ildə ciddi dəyişikliklər olub. Hərçənd, bu, hələ bəzi yerlərdə hiss olunmur. Bakı Olimpiya Stadionu “Allianz Arena”nın bənzəridir. Yeni inşa olunmuş müasir arenadır. Biz davamlı olaraq orada oynayırıq. Lakin bu da rəqibdən asılıdır”.

İsrafilov Azərbaycan yığmasındakı çıxışından da danışıb: “Atam Anqoladandır, lakin Azərbaycanda təhsil alıb. Anamla orada tanış olub. Daha sonra iş axtarmaq üçün İspaniyaya köçüblər. Rus və ingilis dilində bildiyimdən, yığmada ünsiyyət qura bilirəm. Baş məşqçi Robert Prosineçki ilə isə ispanca danışıram. Daha əvvəl də millidə oynamaqla bağlı əlaqə saxlamışdılar. Lakin Prosineçki mənə həqiqətən üstünlük verən mütəxəssis oldu. O, əla məşqçidir. Azərbaycan futbolunda çox şey müsbətə doğru dəyişir. Milli komandaya oyun və nəticələrin daha da yaxşılaşdırılması üçün diqqət çoxalıb. Amma Almaniya ilə eyni qrupdasınızsa, nəticə qazanmaq asan deyil”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail