Rəşad Sadıqov: "Mənə hələ tam məşqçi demək olmaz"

27.09.2017 | 5917 dəfə oxunub

"Baş məşqçi kimi ilk dəfədir qarşınıza çıxıram. Amma mənə hələ tam məşqçi demək olmaz. Xoş, qəribə və öyrəşmədiyim hisslərdir".

Stadium.Az xəbər verir ki,  bunu "Qarabağ"ın U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Gənclər Liqasının qrup mərhələsinin II turunda "Roma" ilə oyundan (0:3)i oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, 0:3 hesablı məğlubiyyəti rəqibin ustalıq səviyyəsinin yüksək olması ilə əlaqələndirib: "Erkən qol buraxdıq. Uşaqlarda həyəcan hiss olunurdu. İkinci hissədə əzmkarlıq göstərdilər, yaxşı futbol oynadılar. Sadəcə, rəqibin ustalığı və təcrübəsi öz sözünü dedi. "Çelsi” ilə matçda bir az fərqli sistemlə oynayırdıq. Londonda daha ehtiyatlı davranırdıq. Burada isə yaxşı nəticə qazanmağa çalışırdıq. İlk matçda oyunumuzu müdafiədən qurmuşduq. İndi hücumlara çıxmaq istəyirdik".

Sadıqov ilk 2 turda 8 qol buraxmalarının səbəbini də açıqlayıb: "Şikayət etmək istəmirəm. Keçənilki komandadan cəmi 1 nəfər qalıb. Təzə kollektiv qurmuşuq. Yeni oyunçulardan da cəmi 8-ni istifadə edə bilirik. Heyətimizdə isə 13-14 təzə oyunçu var. Hamısından yararlana bilmirəm. UEFA-nın qaydası var ki, 8 nəfər öz yetirməmiz olmalıdır. Bu yaş qrupu da bizdə keçən il olmayıb. Bir az bu baxımdan çətinlik çəkirik. Əimizdən gələni edirik ki, komanda oyuna yaxşı çıxsın. Bu rəqib 3 gün əvvəl "Yuventus” üzərində səfər qələbəsi qazanmışdı. Ustalıq öz sözünü deyir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail