"Qəbələ"nin futbolçusuna aylıq cəza

27.09.2017 | 6224 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda Premyer Liqasının 6-cı turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Qəbələ”nin futbolçuları Stiven Monroz ilə Ruslan Qurbanov arasında mübahisə ilə bağlı aşağıdakı qərarla qəbul edilib:

Premyer Liqasının 6-cı turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Qəbələ”nin futbolçuları Stiven Monroz ilə Ruslan Qurbanov arasında mübahisə baş verib və Stiven Monroz öz komanda yoldaşına əl ilə zərbə endirib.

“Qəbələ”  İntizam Komitəsinə müraciət edərək futbolçunun öz növbəsində daxili nizam-intizam qaydalarına uyğun olaraq klubdaxili cəzalandırıldığını və futbolçular arasında baş vermiş münaqişənin həll olunduğunu nəzərə alaraq futbolçuya veriləcək cəzanın azaldılmasını xahiş edib.

Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib.

“Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Qəbələ” nin futbolçusu Stiven Monroz aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və ona 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail