Anri: "Morata, Keyn və Lukaku dünya səviyyəsində deyillər"

26.09.2017 | 5314 dəfə oxunub

Sabiq "Arsenal"lı Tyerri Anri İngiltərə Premyer Liqasında çıxış edən hücumçular barədə fikirlərini bölüşüb. Stadium.Az xəbər verir ki, fransalı mütəxəsis bunları deyib:

"Premyer Liqada işini görməklə uzun illər səviyyəsini nümayiş etdirən Aquero dünya səviyyəli futbolçu statusuna daha yaxındır. Serxio İngiltərə çempionu olub, dünya çempionatında final oynayıb. Hamıdan çox o, öz adından söz etdirib.

Haqqını vermək lazımdır. Məncə, hərdən Aquero oyunda görsənmir. Amma statistika onu ən yaxşı olduğuna sübutdur.

Morata, Keyn və Lukaku dünya səviyyəsində olmasa da, buna yetişəcək. Romelu "Mançester Yunayted"ə yeni gəlib və Çempionlar Liqası təcrübəsi yoxdur. Dünya ulduzları ətrafında həmişə mübahisə gedir.

Keyn özü də deyirdi ki, sadaladığım səbəblərdən dünya səviyyəli futbolçu deyil. Bu oğlanların Premyer Liqada çıxış etməsinə sevinmək lazımdır. Təəssüf ki, "Tottenham" ötən mövsüm Çempionlar Liqasında qrupdan çıxa bilmədi. Avroliqa macərası da qısa sürdü. Keyn milli komanda ilə Avropa çempionatında da çox irəli gedə bilmədi.

Morata "Real"da daha çox əvəzetmədən oyuna qoşulurdu. "Yuventus"da Alvaro yaxşı mövsüm keçirdi. Amma orda Karlos Tevez və Fernando Lyorente ilə hücum tandemi təşkil edirdi. Bunu Moratanın komandası saymaq olmaz. Hazırda Morata "Çelsi"ni, Lukaku isə "Yunayted"i öz komandasına çevirməyə çalışır. Bu baxımdan "Tottenhem" Keynin öz komandasıdır. Aquero hələ Çempionlar Liqasında qalib olmayıb. Lakin "Mançester Siti" onun komandasıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail