"Neftçi"dən 6-cı səfər məğlubiyyəti

25.09.2017 | 5353 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” ilə qarşılaşan “Neftçi” 1:2 hesabı ilə uduzub. Stadium.Az xəbər verir ki, bu, texniki nəticəni də nəzərə alsaq, paytaxt klubunun ardıcıl 6-cı səfər məğlubiyyəti olub.

Bakılılar rəqib meydanında sonuncu dəfə fevralın 27-də xal qazanıb. AZAL-a 1:0 hesabı ilə qalib gələndən sonra “Neftçi” ancaq öz meydanında xal əldə edib. Ötən mövsümün son iki səfərində “Sumqayıt” və “Kəpəz”ə eyni – 0:2 hesabı ilə uduzan “ağ-qaralar” “Zirə” ilə görüşdə texniki məğlubiyyətə üzülüb.

Cari mövsüm 3 dəfə səfərə çıxan ölkənin ən titullu klubu “Səbail” və “Sumqayıt”a eyni – 0:1, “Qəbələ”yə 1:2 hesabı ilə yenilib. Rəqib meydanındakı məğlubiyyət sayını 6-ya çatdıran “Neftçi” klub tarixinin Azərbaycan çempionatlarındakı antirekordunu təkrarlayıb. Paytaxt təmsilçisi bunadək iki dəfə - 2012-ci və 2016-cı illərdə də ardıcıl 6 səfər matçında xala həsrət qalmışdı.

İndiki seriyadan fərqli olaraq, həmin uğursuzluq zolaqlarında texniki məğlubiyyət olmayıb. Belə sindromu üçüncü dəfə yaşayan “Neftçi” növbəti səfər matçını VII turda “İnter”ə qarşı keçirəcək. (pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail