Joze Mourinyo transferlərə görə sevinir

07.09.2017 | 5031 dəfə oxunub

"Mançester Yunyated"in baş məşqçisi Joze Mourinyo klubun transfer əməliyyatlarını iyulda yekunlaşdırmasını maliyyə baxımından əlverişli hesab edib.

Stadium.Az xəbər verir ki, portuqal mütəxəsis bunları deyib:

"Məncə, biz ağıllı tərpəndik. Hiss etmişdik ki, transfer bazarını dəyişdirəcək nəsə baş verəcək. Adətən transfer pəncərəsinin son ayında bahalı transfer çox olmur. Amma bu dəfə Neymarın transferindən sonra qiymət baxımından vəziyyət pisləşdi. Fikrimcə, avqustun 31-i Lukaku 150, Matiç isə 60-70 milyon funt olacaqdı. Ən bahalı transfer Pol Poqba qalsaydı, "Barselona" indi Koutinyonu 101 milyon avro qarşılığında transfer etmişdi.

Artıq 20 milyonluq futbolçular 40-a, 40 milyonluq futbolçular isə 60 milyon funtadır. Bu gedişlə Matiç və Lukaku bizə 200 milyon funta başa gələrdi. Yayın əvvəlində onların keçidini həll etdik deyə o qədər xərcimiz çıxmadı. Mövsüm başlamazdan öncə onları əldə etməklə maliyyə və komandanın hazırlığı baxımından düzgün iş gördük".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail