"Borussiya" Dembelenin yerinə Andrey Yarmolenkonu alıb

29.08.2017 | 5007 dəfə oxunub

Ukrayna millisinin hücumçusu Andrey Yarmolenko karyerasını Dortmund "Borussiya"sında davam etdirəcək. Stadium.Az xəbər verir ki, 27 yaşlı forvardla 2021-ci ilin yayına kimi müqavilə imzalanıb.

O, Dortmund klubunu "Barselona"ya dəyişən Usman Dembelenin boşluğunu doldurmalıdır. 9 nömrəli formanı geyinəcək ukraynalı qolyadora görə 25 milyon avro ödəniləcək.

"Böyük Avropa klubunda oynamaq arzuma əngəl olmadığına görə Kiyev "Dinamo"ya təşəkkür edirəm. Hər məşqdə səylə çalışacam ki, "Borussiya"ya hədəflərinə çatmaqda köməklik göstərim" - Yarmolenko deyib.

Bu mövsüm Ukrayna çempionatında 5 oyun keçirən hücumçu 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail