Emin Mahmudov: "İki mənfi cəhət vardı"

28.08.2017 | 4160 dəfə oxunub

Millimizin futbolçusu Emin Mahmudov "Boavista" ilə yollarını ayırmasının səbəblərini aydınlaşdırıb. Stadium.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ehtiyatda çox vaxt keçirməsinin qərarında həlledici amil kimi qeyd edib.

"Boavista" ilə müqaviləm gələn yay başa çatacaqdı. Amma klubumu dəyişmək qərarı verdim. Portuqaliyada məni hər şey qane edirdi: insanlar, mətbəx, iqlim, klubda mənə qarşı şəxsi münasibət. İki mənfi cəhət vardı - oyun praktikasının azlığı və bir sıra portuqal klublarının oynadığı futbol.

Mənə elə gəlirdi ki, bu ölkədə hər şey topa nəzarət, ötürmələr üzərində qurulub. Reallıq budur ki, əksər komandalar ucaboy hücumçuya hava ötürməsi edib rəqibin cərimə meydançasına yaxınlaşmağa çalışırdı. Ümumilikdə futbol sürət üzərində qurulmuşdu. Hər şeyi cəld etmək tələb olunurdu.

Cəmi 3 oyunda 90 dəqiqə oynadım. Qalan görüşlərdə əvəzetmədən meydana çıxıb 10-15 dəqiqə mübarizə aparırdım. Bu, məni qane etmirdi. Müqaviləmi pozmaq qərarına yeni mövsümün ilk 3 turundan sonra gəldim. Anladım ki, baş məşqçinin planlarına daxil deyiləm. Bəzən rahat şəraiti qoyub daha çətin yolu seçmək lazım olur. 25 yaşda gələcəyə baxmaq vacibdir. Meydana çıxmamaqla vaxt itirmək yolverilməzdir. Ehtiyatda oturub pul almaq mənlik deyil. Müntəzəm olaraq oynamaq istəyirəm".

Mahmudov gələcək karyerası barədə fikirlərini də bölüşüb.

"Bu məsələ ilə agentim məşğul olur. Rusiya Premyer Liqasına qayıtmaqla bağlı dəqiq söz deyə bilmərəm. Rusiya çempionatını, dostluq etdiyim futbolçuların oyunlarını izləyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail