Parisdən 1 qızıl, 2 bürünc medalla

27.08.2017 | 4602 dəfə oxunub

Parisdə güləş üzrə dünya çempionatına yekun vurulub. Stadium.Az xəbər verir ki, son yarış günündə 65 kq, 70 kq, 74 kq və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb.

97 kq çəkidə mübarizə aparan Aslanbek Alborov ilk dəfə qatıldığı böyüklər arasında dünya çempionatını bürünc medalla başa vurub. Ardıcıl olaraq Türkiyə, Makedoniya və Koreya idmançılarını mübarizədən kənarlaşdıran Alborov yarımfinalda ABŞ təmsilçisi olan olimpiya çempionu Kayl Snayderə uduzub. Bürünc medal uğrunda görüşdə isə Qazaxıstan idmançısından üstün olan Azərbaycan pəhləvanı çempionatı üçüncü sırada tamamlayıb.

74 kq çəkidə yarışan Cəbrayıl Həsənov ilk görüşlərində Qazaxıstan və Hindistandan olan rəqiblərini üstələsə də, Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə təcrübəli güləşçi təsəlliverici görüşə qatılıb. İsrail təmsilçisi ilə qarşılaşmada qalib gələn Həsənov bürünc medal görüşünə vəsiqə qazanıb. Lakin həlledici qarşılaşmada Türkiyə təmsilçisi Söner Demirtaşa uduzan Azərbaycan təmsilçisi çempionatı 5-ci sırada tamamlayıb.

Sərbəst güləş yarışlarının ilk günündə 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və sərbəst güləş tarixində ilk üçqat dünya çempionu adını qazanıb.

Beləliklə, Azərbaycan güləşçiləri dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha bir bürünc medalı yunan-Roma güləşçisi Elvin Mürsəliyev (80 kq) qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail