Zaur Svanadze: "3 ildə ən zəif oynumuzu oynadıq"

25.08.2017 | 3389 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "İnter" doğma meydanda "Səbail"lə görüşüb. 

Stadium.Az xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb:

- Vacib 3 xal qazandıq. Etirraf edim ki, yaxşı oynamadıq. 3 ildir bu komandadaym. Heç vaxt belə pis oyun oynamamışdıq. Amma bunun da səbəbləri var. Nizami, Elnur, Pərdis zədəli halda meydana çıxmışdılar. Sonadək oynadıqlarına görə onlara təşəkkür edirəm. Tərlan Quliyevin qovulması isə vəziyyətimizi daha da ağırlaşdırdı.Komanda 3 günlük istirahətə buraxlıqcaq. Ümid edirəm ki, sentyabrın 9-dakı oyunadək bütün zədəli futbolçular sağalacaq. Yeri gəlmişkən, "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə də təbrik edirəm. Elə böyük komandaları Bakıda görəmək sadəcə, fantastikadı.

- Nizaminin təkcə zədəli olması yox, həm də artıq çəkisi hiss olunurdu.

- Bəli, düzgün vurğuladız. 10 gündür ki, zədəli idi, müalicə olunurdu. Nizamidən başqa da bir neçə futbolçunun artıq çəkisi var.

- Komanda pulsuzluqdan əziyyət çəkir, futbolçuların isə artıq çəkisi var. Bu nə ilə bağlıdır?

- Bu sadəcə futbolçuların fizioloji quruluşu ilə bağlıdır.

- Tərlan Quliyevin qaydanı pozduğu hər iki epizod gözünüzün qarşısında oldu. Sizcə, bu epizpdlarda sarı vərəqə haqlı qərar idi?

- Buna hakim qərar verir. Hakimliyi heç vaxt müzakirə etmirik. Onların da işi bizim kimi çətindir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail