"Qarabağ" Çempionlar Liqasında ev oyunlarını hansı stadionda keçirəcək?

25.08.2017 | 4544 dəfə oxunub

Çempionlar Liqasında "Qarabağ"ın ev və səfər oyunlarını keçirəcəyi stadionların adları açıqlanıb. Stadium.Az xəbər verir ki, Azərbaycan təmsilçisi rəqiblərini yenə Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Ağdam komandası sentyabrın 27-də İtaliyanın "Roma", oktyabrın 18-də İspaniyanın "Atletiko" və noyabrın 22-də İngiltərənin "Çelsi" klubları ilə ev oyunlarına bu arenada çıxacaq.

"Atletiko" isə rəqiblərini yeni stadionda sınağa çəkəcək. Bu, Bakı Olimpiya Stadionunun Çempionlar Liqasının 2018-2019 mövsümündə final matçını keçirməyə namizəd kimi rəqibi olan "Estadio Metropolitano"dur. Madriddəki 70 min nəfərlik arenada ilk dəfə sentyabrın 12-də "Atletiko" ilə "Çelsi" üz-üzə gələcək. Daha sonra həmin stadionda "Qarabağ" oynayacaq. Bu, 31 oktyabra təsadüf edəcək.

Lakin "Qarabağ" azarkeş amilini nəzərə alaraq ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməyə qərar versə, gələn mövsüm Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan hər 2 arena eyni qrupun oyunları üçün debüt edəcək.  

Digər komandaların ev stadionları isə dəyişməyib. "Qarabağ" sentyabrın 12-də İngiltərənin paytaxtı Londondakı "Stemford Bric"də "Çelsi"nin, dekabrın 5-də İtaliya paytaxtındakı "Olimpiko" stadionunda "Roma"nın qonağı olacaq.

"Qarabağ"ın ev oyunları Qərbi Avropa vaxtı ilə saat 18:00-da, səfər matçları isə Qərbi Avropa vaxtı ilə saat 20:45-də başlanacaq.

Avropada saatların əqrəbləri oktyabrın 29-da bir saat geri çəkiləcəyindən, Azərbaycan təmsilçisi "Roma" və "Atletiko"nu saat 20:00-da, "Çelsi"ni isə saat 21:00-da qəbul edəcək. Səfərdəki oyunlara gəldikdə, "Çelsi" ilə matç saat 22:45-də, "Atletiko" və "Roma" ilə görüşlər saat 23:45-də başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail