Məşhur rus şərhçisi "Qarabağ"ın qələbəsindən sonra Azərbaycanı təhqir edib

24.08.2017 | 6806 dəfə oxunub

Rusiyanın ən populyar futbol şərhçilərindən biri Vasili Utkin Dağlıq Qarabağı Ermənistan ərazisi sayaraq Azərbaycanı faktiki olaraq təhqir edib.
 
Stadium.Az xəbər verir ki, o, "Qarabağ" klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxmasından sonra Tvitter-dəki profilində yazıb: "Ümumiyyətlə, Cənubi Qafqazda klubu qonşu ölkədən olan etnomimlə adlandırmaq təki xoş ənənələr var. Qarabağ, Ararat..."
 
"Qonşu" ölkələr dedikdə şərhçi, təbii ki, Ermənistan və Türkiyəni nəzərdə tutub. Yəni Utkinin xəstə məntiqinə görə, Azərbaycan "Qarabağ", Türkiyə də "Ağrıdağ"ı "mənimsəyib".
 
Rusiyanın Matç TV telekanalından qalmaqalla qovulmuş şərhçinin bu biabırçı və sarsaq tvitə cavab olaraq ona coğrafiyanı öyrənmək, dünyanın siyasi xəritəsinə bir daha baxmağı məsləhət görüblər. Habelə, onu da xatırladıblar ki, Utkin bir zamanlar "Bakılı oğlanlar" ŞHK-nın kapitanı, mərhum Anar Məmmədxanovun qonağı kimi Bakıda olmuşdu.
 
Vasili Utkin də həmişə Məmmədxanovu "qardaşım və dostum" adlandırırdı.
 
Bir qədər sonra Utkin daha bir tvit yazıb: "Dostlar, Qarabağ və Araratla bağlı tvitimə görə utanıram. "Toponim" əvəzinə "etnomim" yazmaqla böyük səhvə yol verdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail