"Qarabağ"ın zəfəri erməniləri özündən çıxartdı - FOTOLAR

24.08.2017 | 6961 dəfə oxunub

Ağdamın “Qarabağ” klubunun Azərbaycan tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini ermənilər qısqanclıqla qarşılayıblar.

Çempionlar Liqasının rəsmi “Facebook” səhifəsində “Qarabağ”ın futbolçularının tarixi zəfərdən sonra sevinc anlarını əks etdirən foto paylaşılıb və təbriklər qeyd olunub.

“Qarabağ" FK-nın paltardəyişə otağında parti zamanı. UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan komandası”. 

Təmsilçimizə göstərilən diqqət düşməni ciddi narahat etməyə başlayıb. Çirkin xislətlərini gizlədə bilməyən erməni istifadəçilər "Qarabağ"la bağlı paylaşımı "unlike" ediblər. Bu yanaşma onu göstərir ki, düşmən təkcə müharibə meydanında deyil, həm də idman arenalarında Azərbaycandan çəkinir. 

İşğalçı ölkənin təmsilçiləri həm də yaxşı anlayır ki, “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlməsi işğal altında olan Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olmasını bütün dünyaya bir daha sübut edəcək. Şübhə yox ki, Azərbaycan ən böyük qələbəni tezliklə Qarabağda qazanacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail