"Bəlkə də, bu şans bizə birdə qismət olmadı" - Rəşad Sadıqov

24.08.2017 | 6421 dəfə oxunub

Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"i mübarizədən kənarlaşdıran "Qarabağ" tarixində ilk dəfə bu turnirin qrup mərhələsində mübarizə aparacaq. Stadium.Az xəbər verir ki, Ağdam klubu artıq vətənə dönüb. Komanda Bakıya dönərkən hava limanında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

"Bilirdik ki, bizi çətin oyun gözləyir. Rəqib çox təhlükəli komanda idi. Hər an vəziyyət dəyişə bilərdi. İlk dəqiqədən sonuna qədər mübarizə apardıq. Şükürlər olsun ki, mərhələni keçən biz olduq. 

Azərbaycan xalqı olaraq bunu çox istəyirdik. Keçən il Çempionlar Liqasını çox üzücü tərk etmişdik. Bu il hazırlıq dövründə qeydə alınan məğlubiyyətlərdən sonra bizə qarşı bir qədər inamsızlıq yaranmışdı. Biz bilirdik ki, nəyəsə nail olmaq üçün çox əziyyət çəkməliyik. Düşündüyümüz transferlər də alınmadı. Qurban müəllimi təbrik edirəm ki, bu qədər çətinliklər qarşısında biz Çempionlar Liqasının qrupuna düşdük. Çox adam bunu hiss etmir, ancaq dünən oyunun gedişində 3 dəfə sistemi dəyişdik. Komanda şəklində buna nail olduq. Biz bu uğuru tək yox, bütün azarkeşlərimizlə birlikdə qazanmışıq. Bu uğur tək bizim deyil. Bu bizim yox, qalqımızın komandadır.

Biz heç vaxt püşkdə rəqib istəməmişik, arzulamamışıq. Necə qismətdirsə elə də olacaq. Heç bir rəqibdən çəkinmirik.

Yolda çox şey haqda danışıb, çox müzakirələr etmişik. Bizim yolumuz "Rossenborq"la oyundan başlamışdı. Səfərdə 0:0 hesablı oyundan sonra hər kəs bizi təbrik edirdi. Bu gün isə artıq Çempionlar Liqasının qrup mərhələsindəyik. Gələn ildən bunu bacarmaq çox çətin olacaq, çünki reqlament də dəyişəcək. Bəlkə də, bu şans şəxsən mənə bir də qismət olmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail