"Marca" yenə "Qarabağ"dan yazıb

23.08.2017 | 4658 dəfə oxunub

İspaniyanın məşhur “Marca” nəşri Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”la bağlı yazı hazırlayıb.

Yazıda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla yanaşı, bu komandanın ispan futboçusu Miçel və onun həmyerlisi olan məşqçi Ruben Sellesin fikirlərinə də yer verilib.

Məqalədə “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərinin ermənilər tərəfindən işğal edildiyi, buna görə, komandanın uzun müddətdi doğma “İmarət” stadionunda oynamadığı qeyd edilib. “Qarabağ”ın son illərdə qazandığı uğurlarla müharibənin acısını yaşamış və Ağdamdan ayrı düşmüş insanlara təsəlli olduğu vurğulanıb.

Miçel qəzetə açıqlamasında “Biz öz uğurlarımızla bütün bu insanları sevindirməliyik” deyib. “Qarabağ”ın uğurlarında komandanın baş məşqçisi Qurban Qurbanovun rolu da xüsusi vurğulanıb. Yazıda 45 yaşlı mütəxəssisin 8 ildi komandanın “sükanı arxasında” olduğu qeyd edilib. “Köhlən atlar”ın oyun tərzi barədə də bəhs edilib. Belə ki, yazıda “Qarabağ”ın oyun tərzinin “Barselona”ya bənzədiyi, buna görə, bu komandanın “Qafqazın “Barcelona”sı” adlandırıldığı vurğulanıb.

Miçel komandanın oyun tərzi barədə “Bu günə kimi bir çox komandada oynamışam, lakin heç vaxt özümü burdakı kimi hiss etməmişəm. Mənə burda çalışmaq çox xoşdur. Qvardiolanın necə işlədiyini öyrəndim” deyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail