"Qəbələ"də heyətlə bağlı ciddi itkilər

23.08.2017 | 4771 dəfə oxunub

"Qəbələ" Premyer Liqanın III turunun mərkəzi oyunu olan "Qarabağ"la səfər matçına ciddi itkilərlə çıxacaq.

Klubun həkimi Roman Jolobaylyukun verdiyi məlumata görə, heyətdə zədəylə bağlı itkilər təkcə barmağı qırılıan müdafiəçi İlqar Qurbanovla bağlı deyil. Yarımmüdafiəçi Cavid Hüseynovla Elvin Məmmədov və qanalı hücumçu Famusa Kone hələ də müalicə olunurlar:

"Bildiyiniz kimi, Cavidin angina problemi var. Ona əsasən antibiotiklər verməklə aktiv müalicəsini davam etdiririk. İrəliləyiş var, ancaq angina ciddi şeydir. Buna görə də tam sağalmasını gözləməliyik. Cavid hələ ki məşq etmir. Növbəti turdakı oyunumuza isə az vaxt qalıb. Fikrimcə, kapitanımız ötən turda "Sumqayıt"la olduğu kimi, "Qarabağ"la matçda da meydana çıxa bilməyəcək".

Ukraynalı həkim bildirib ki, Elvinin problemi məhz "Sumqayıt"la oyunda yaranıb: "Məmmədov hava mübarizəsindən sonra yerə uğursuz düşməsi nəticəsində topuq nahiyəsini zədələyib. Müayinə etdik, müalicəsinə artıq başlamışıq. O da "Qarabağ"a qarşı oynamayacaq. Konenin isə əzələ dartmasıyla bağlı problemi yaranıb. Onu MRT etdikdən sonra müalicəsinə başlamışıq. Xeyli irəliləyiş var, ancaq tam sağalmayıb. Çətin ki, Kone "Qarabağ"a qarşı hazır olsun. Düşünürəm ki, 1 həftəyə sıraya dönər".

"Qarabağ" - "Qəbələ" qarşılaşması avqustun 26-da "Azərsun Arena"da keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail