"Kopenhagen"in baş məşqçisi: "...hər şey edəcəyik"

22.08.2017 | 3962 dəfə oxunub

“Avrokuboklarda təcrübəyə malik komandayıq. Yeni transferlərimiz olmasa da, sabah istəyimizə çata bilərik. "Vardar"la oyunlarda bunu sübut etmişik”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Stole Solbakken "Qarabağ"la Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl keçirdiyi mətbuat konfransında deyib. 

O, Ağdam klubunu 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları Makedoniya "Vardar"ı ilə müqayisə edib. 

"Qarabağ”ın milli komanda üzvü olan xeyli oyunçusu var. Yarımmüdafiə xəttində çıxış edən 3 futbolçu 2 ildir bir yerdə oynayır. Müdafiə xəttindəki 4 futbolçu da inamlı oyunu ilə seçilir” – deyə o qeyd edib. 

Solbakken Avropa Liqasının qrup mərhələsi haqda düşünmədiklərini, komandasının yalnız mərhələ keçməyə kökləndiyini bildirib:

"Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şey edəcəyik. Ancaq bunu düşünürük. İlk qolu biz vursaq, vəziyyət dəyişəcək. Çempionlar Liqasında  son 6 həftədə oyun keyfiyyətimizi 30 faiz artırmışıq”. Komandamız get-gedə artırır. Yaxın həftələrdə daha yaxşı kollektiv formalaşacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail