Samir Əliyev: "60-cı dəqiqədən sonra komanda dayandı"

19.08.2017 | 4352 dəfə oxunub

“Meydana ən azı 1 xal qazanmaq üçün çıxmışdıq. Oyunun gedişində əsas məqsədimiz qol buraxmamaq idi. Sevindirici haldır ki, sonda qol vurub qələbə qazana bildik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev Premyer Liqanın 2-ci turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"90 dəqiqə ərzində şanslarımız oldu. Lakin təcrübəsizlikdən həmin epizodları dəyərləndirə bilmədik. Bununla belə, yekunda istəyimizə çatdıq. 60-cı dəqiqədən sonra komanda dayandı. Bu da fiziki problemlərdən irəli gəlir” - deyə o bildirib.

Samir Əliyev son 30 dəqiqədə geri çəkilmələrinin səbəbini belə izah edib: “Bunda həm fiziki çatışmazlıqlar, həm də “Neftçi”nin təzyiqinin rolu oldu. Bizdən çox rəqib qələbə qazanmaq istəyirdi. Bu gün “Zirə” ilə oyunla müqayisədə müdafiədə daha az səhv buraxdıq”.

Əliyev “Səbail”in “Dalğa Arena”da dəstəksiz qalması barədə də danışıb: “Azərbaycanda hansı klubun azarkeşi var ki? Premyer Liqada bütün klublarda bu problem var. İstərdik ki, daha çox azarkeş gəlsin”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail