Şehiç: "Kopenhagen" üzərində ciddi üstünlüyə malikik"

17.08.2017 | 4201 dəfə oxunub

"Biz "Kopenhagen"ə qarşı evdə çox yaxşı oynadıq. Bilirdik ki, yalnız hücumlarla və müdafiədə etibarlı oyunla rəqibə çətin anlar yaşada bilərik. Bunun da öhdəsindən gəlməyi bacardıq".

Bunu "Qarabağ" futbol komandasının qapıçısı İbrahim Şehiç Danimarka "Kopenhagen"ini Bakıda 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının ilk "pley-off" matçı barədə "Klix" nəşrinə danışarkən deyib.

Bosniya və herseqovinalı qolkiper bildirib ki, artıq avqustun 23-də keçiriləcək cavab oyunu barədə geniş təsəvvürləri var: "Artıq "Kopenhagen" üzərində ciddi üstünlüyə malikik. Amma rəqib evində əla çıxış edir. Danimarka paytaxtında məsuliyyətli matça çıxacağıq. Bizi yaxşı ab-hava, stadion və yerli komandaya böyük dəstək olacaq azarkeşlər gözləyir".

29 yaşlı oyunçunun fikrincə, Azərbaycanda klublar arasında böyük rəqabət olmadığından, hamı "Qarabağ"dan və onun özündən yazır: "Komandamız hələ də avrokuboklarda mübarizəni davam etdirdiyindən, ölkənin bütün əhalisi sevinc içindədir. Çempionlar Liqasında "pley-off"a yüksəlməklə "Qarabağ" tarixi uğura imza atıb. Buna görə də Bakıda gözəl ab-hava var. Mən isə sadəcə, irəli baxıram və komandamın uğuru üçün çalışıram".

Təcrübəli qapıçı avqustun 20-də Bakı "İnter"i ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının II tur matçında da qələbə qazanacaqlarına ümid etdiyini vurğulayıb. O, çempionat və avrokubok oyunlarında futbolçuların yorulmamaları üçün heyətin tez-tez dəyişdiyini və belə bir halın növbəti görüşdə də baş verəcəyini söyləyib.

İbrahim Şehiç "Qarabağ"da 2013-cü ilin oktyabrından çıxış edir. O, 2006 - 2011-ci illərdə "Jelezniçar" forma geyinib. Daha sonra Şehiç Türkiyənin "Mersin İdman Yurdu" komandasında 2 ilədək oynayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail