Rauf Əliyev "İnter"dən ayda 10 min manat maaş alırmış - SƏNƏD

14.08.2017 | 4637 dəfə oxunub

"Rauf Əliyevin "İnter”lə 2018-ci ilin iyun ayına qədər müqaviləsi var. Son bir il ərzində iki tərəf arasındakı hüquqi münasibətlər hansı müqavilə ilə tənzimlənibsə, əsas odur. Futbolçuya sual vermək lazımdır ki, indiyədək əlində olan sövdələşmədəki məbləği alıb? Bizdə hər şey şəffafdır. Ona ödənilən əmək haqlarının qəbzləri var”.

Stadium.Az xəbər verir ki, bunu "Report”a Bakının "İnter” klubunun icraçı direktoru Rəmiş Malıyev futbolçu Rauf Əliyevin müqaviləsi ilə bağlı yaranmış mübahisəli vəziyyətə aydınlıq gətirərkən deyib.

O, bildirib ki, 28 yaşlı hücumçu "İnter”in razılığı olmadan Albaniyanın "Kukesi” klubuna keçə bilməz. R.Malıyevin sözlərinə görə, tərəflər arasında münasibətlərin tənzimlənməsində sövdələşmə ilə yanaşı, bank sənədləri də əsas götürülür: "İndiyə qədər Əliyevlə münasibətlər onun təqdim etdiyi deyil, bizdə olan müqavilə ilə tənzimlənib. İndi özünə bu cür sərf edir deyə, bu varianta əl atır. Bu, hüquqi məsələdir. Kimsə ağıllı ola bilər, lakin biz də axmaq deyilik. Rauf bugünə qədər hansı müqaviəni qəbul edibsə, onu əsas götürmək lazımdır. Axı, o, əlindəki müqaviləyə uyğun pul almayıb. Müqaviləsi həqiqətən bitibsə, bizdən niyə sənəd istəyir? Məgər Səlahət Ağayev bizdən sənəd istədi? Biz bu məsələdə axıra kimi - FİFA-ya qədər gedəcəyik. Yəni, tərəflər arasında münasibətlərin tənzimlənməsində sövdələşmə ilə yanaşı, bank sənədləri də əsas götürülür”.

Qeyd edək ki, Rauf Əliyev “İnter”lə anlaşma müddətinin 30.06.2017-ci il tarixində bitdiyini əks etdirən sədənin surətini yayıb. “İnter”in yaydığı sənəddə isə Raufun müqaviləsinin 2018-ci ilin iyununda başa çatacağı göstərilib. Sözləşmənin dəyəri 240 min manat göstərilib. Əliyev "İnter”dən aylıq 10 min manat alıb.


"İnter"in yaydığı sənəd:




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail